Piczo

Log in!
Stay Signed In
Do you want to access your site more quickly on this computer? Check this box, and your username and password will be remembered for two weeks. Click logout to turn this off.

Stay Safe
Do not check this box if you are using a public computer. You don't want anyone seeing your personal info or messing with your site.
Ok, I got it
Huzun Adasi
Səni tanıdıqdan sonra daima hirslənərdim zamana, nə tez keçir deyə. İndi isə mən səni sənsizliklə yaşamağa məhkumam. İşıqlı dünyada deyil səni sadəcə röyalarımda yaşadıram. Mənim olmayacağını bilirəm.
  Anlatsam sənə olan sevgimi, eşqimin qarşılıqsız qalacağından qorxuram. Dilindən çıxacaq bir "YOX!" cavabı inan ruhumu bədənimdən ayıracaq.
  Yanında daima kölgə olmuşam, sən isə farkına belə varmamısan. Hər gün yolunu gözləyib, soyuq çovğunlu havalarda dərsdən çıxışını gözləmişəm. Hər kəs xoşbəxtçiliyin dadını çıxararkən mən ayrılığı yaşayırdım. Gözlərinə baxıb ürəyinə yol tapmaq üçün nələr verməzdim. Heç bu qədər çarəsiz qalmamışdım. Çatlamış dodaqların suya möhtac olduğu kimi mən də sənə möhtacam.
  Hər gecə xəyallar qurardım. Qurduğum xəyallar belə mənim olmazdı. Sabaha qədər oyatmazdın məni. Gecə gündüzə qovuşarkən mən hələ də sənə qovuşa bilmirdim. Ürəyimi parçaladığın azmış kimi, indi də daima xəyallarımdan çıxmırsan. Doğmağı gözləyən günəş kimi gözləyirdim səni. Bezmişdim artıq acı çəkməkdən. Xoşbəxtçiliyə həsrət qalmışdı ürəyim.
  Heç bir zaman cəsarətli ola bilmədim. Yenə mən səni sənsiz, səndən xəbərsiz yaşayıram. İllər keçdi mən isə səni xəyal belə edə bilmirəm. Xəyalın belə məndən uzaq.
  Olub keçən həyatımda gördüm səni. Ürəyim dəli kimi çarpdı. Ayağa dura biləcək taqətim belə yoxdur. Körpəni əlində görüncə özümdən getdim. Öncə gözlərim nəmləndi, sonra kirpiklərimin arasından bir damla yaş ovcuma düşdü. Ümidlərin bir film seyri kimi keçirdi göz önümdən. Sanki bir kağızın yanıb küləklə sovrulması kimi bütün ümidlərim yox oldu. Bu gün sevgilim qarşılıqsız sevgimin 3 ili tamam olur. Sevgilim, qəlbimi ikiyə bölən, həyatı mənim üçün işıqlandıran pərim, mənim olmasan da bunu bilməni istərdim, sənin məndə yaratdığın səni məndən kimsə qopara bilməz...