Yaddaş kitabçana yaz bir zamanlar səni sevən, səni həyatının mənası, gözünün işığı, ömrü günü, həyatı bilən bir nəfər var idi.. İndi isə sənə nifrət, sənə hər gün, hər saat ölüm arzulayan bir nəfər var. Çünki o səni necə sevdiyini sən bilə-bilə sən o qızı alçaltdın. Sən o qıza ölüm yolu göstərdin. Təmiz ürəyini sındırdın. Bəlkə həyatda ondan təmiz, ondan saf insan olmazdı. İndi isə ondan bədbəxti yoxdur bu həyatda. O qız ki... O qız ki, bütün gələcəyini sənə bağlamışdı. Bütün arzularını, paklığını, hər şeyini. Görəsən Allah səni öz cəzana çatdıracaqmı. Sənin yalvarışların, diz çöküb mənə qarğış tökmə deməyin həyatında ən böyük, ən dəhşətli günlərindən biri oldu. Axtarmadın sən onu, sormadın halını. Amma o səni yenə də gözlədi. Allaha yalvararaq gözlədi. Sən gəldin. Gəlməyin gəlməməyindən yaxşı idi, çünki sən gəlməsəydin o səni yenə də gözləyəcəkdi. Səni həyatı sanardı. Yadında saxla ölənə kimi, yaddaş kitabçanda saxla. Qocalana kimi, lap elə ölüm yastığına kimi.. Yenə də səni sevən sənə bütün arzularını, xəyallarını bağlayan birini. Sən öldürdün, bəlkə də ölsəydi yaxşı olardı. Amma ölməyib yaşayır. Allahdan sənin ölümünü arzulaya-arzulaya yaşayır..