Piczo

Log in!
Stay Signed In
Do you want to access your site more quickly on this computer? Check this box, and your username and password will be remembered for two weeks. Click logout to turn this off.

Stay Safe
Do not check this box if you are using a public computer. You don't want anyone seeing your personal info or messing with your site.
Ok, I got it
Ayriliq Mektubu
Sən getdin.. Bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi sorağı necə duyulur?
  Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç mənim tək gərəksiz, mənim tək dəyərsiz, mənim tək yapyalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Güzgüyə baxıram. Güzgüdə gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənmiş. Əllərim titrəyir. Ürəyim qızmar dəmirlərlə dağlandı. Yoxluğunun acısı çox ağır gəlir sevgilim.
  Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Yaşantımın anlamı əlvida. Başqası bilməz sənin yoxluğunun acısını. Sənsiz nə hallarda olduğumu kimsə bilməz. Anlamıram itib gedən bir eşqin kədərini.
  Dünənə qədər həyatın ən gözəl günlərini yaşadım. Günəş qədər yaxındır mənə sevgi. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə, qanadlarım kəsildi. Sürətlə zirvələrdən düşdüm yerə, boşluğun içindəyəm, indi heçbirşeyəm. Bir zamanlar dünyanın ən zəngini idim. Bütün çiçəklər bizim üçün açardı, bizim üçün bəhrə verərdi meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlardı. İndi toz duman içində qızğın bir çöldəyəm. Sən mənsiz necəsən, bilmirəm. Rahatmısan, xoşbəxtmisən, bu qədər tezmi məni unutdun?.. Necədə birdən olub keçənləri unutdun?
  Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey sevgilim haradasan? Kimləsən?.. kimlərləsən?.. Kimlərlə oynaşıb könül verirsən? Mən burada, tərk edib getdiyin yerdəyəm.
  Əlvida eşqim.. Əlvida birdənəm.. Əlvida sevgilim! Əlvida sənə..